BDU-nun tələbəsini qətlə yetirən şəxs saxlanılıb - VİDEO

BDU-nun tələbəsini qətlə yetirən şəxs saxlanılıb - VİDEO, Javid

18 yaşlı Rəşad Fətullayevi qətlə yetirən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, fevralın 12-də Şirvan şəhəri ərazisindən şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olan məlumatla əlaqədar dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. 

Faktla bağlı cinayət işi başlanılıb. 

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb. 

Xatırladaq ki, hadisə Şirvan rayonunda baş verib. 

2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.

Qeyd edək ki, R.Fətullayev Bakı Dövlət Universitetinin tələbəsidir.

Bakucity.az 

Cinayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər