Bakıdakı partlayışda 20-yə yaxın evə ziyan dəydi

Bakıdakı partlayışda 20-yə yaxın evə ziyan dəydi, Javid

 Partlayış evdə qaz sızması nəticəsində partlayış baş verib.

Bakucity.az-ın verdiyi xəbərə görə, hadisə fevralın 13-ü saat 06 radələrində 20-ci sahədə baş verib.

Çernyaxovski küçəsi 42 ünvanında yerləşən 1955-ci il təvəllüdlü Umudov Köçəri Bahadur oğluna məxsus 1 mərtəbəli, 2 otaqlı evdə qaz sızması nəticəsində partlayış baş verib.

Nəticədə köhnə tikinti materiallarından tikilən ev tam dağılıb, həyətdə həmin vətəndaşa məxsus 4 otaqlı digər evin dam örtüyünə ziyan dəyib, xəsarət alan yoxdur.

Partlayış baş verən evin yaxınlığında olan 20-yə yaxın digər evlərə də qismən ziyan dəyib. Bəzilərinin pəncərəsi sınıb, bir neçəsinin taxta hasarı uçub.

Bakucity.az 

Partlayış
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər