Bakıda xəstəxanalıq olan Abel Məhərrəmovun həkimi açıqlama verdi

Bakıda xəstəxanalıq olan Abel Məhərrəmovun həkimi açıqlama verdi, Javid

Sabiq rektorun səhhəti ilə bağlı açıqlama

Bakucity.az  xəbər verir ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səhhəti ilə bağlı həkimi açıqlama verib.

Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, ürək-damar cərrahı Kamran Musayev açıqlamasında bildirib ki, Abel Məhərrəmovun səhhəti hazırda normaldır:

"Abel müəllim dünən Mərkəzi Klinik Xəstəxanasına daxil olarkən təzyiqi yüksək idi. Buna görə, ona tibbi müdaxilə etdik. Dünən xəstəxanada həkim nəzarəti altında saxladıq və təzyiqi normallaşdı. Hazırda Abel müəllimin səhətində problem yoxdur, bu gün evə buraxılacaq”. (Unikal.org)

Bakucity.az

Abel Məhərrəmov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər