Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi keçirilib - FOTO

Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi keçirilib - FOTO, Javid

Musiqi və poeziya gecəsi  sevgiyə həsr olunub

Bakucity.az xəbər verir ki, fevralın 12-də Bakı Kitab Mərkəzində dünyanın ən ülvi hisslərindən olan sevgiyə həsr olunmuş musiqi və poeziya gecəsi keçirildi.

Gecədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin məzunu, qiraətçi-aktyor Səfa Mehdi eşqi vəsf edən poeziyadan: N. Hikmət, M. Müşfiq, R. Rza, R. Rövşən, V. Səmədoğlu və s. şeirlərini ifa etdi.

Gecədə, həmçinin, Respublika və Beynəlxalq müsabiqələr laureatları, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, pianoçu Vüsal Aydəmirov və Milli Konservatoriyanın tələbəsi, tarzən Ibrahim Babayev ifaları ilə dinləyicilərə xoş anlar yaşatdılar.

Musiqiçilərin ifasında xalq mahnıları “Evləri var xana-xana”, “Sarı gəlin”, F.Əmirovun “Mən səni araram”, T. Quliyevin “Sənə də qalmaz”, Frensis Leyin “Love story”, V.Mustafazadənin “Bayatı Şiraz” və s. məşhur əsərləri səsləndi.

Bakucity.az 

Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi keçirilib - FOTO, fotoşəkil-1 Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi keçirilib - FOTO, fotoşəkil-2 Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi keçirilib - FOTO, fotoşəkil-3 Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi keçirilib - FOTO, fotoşəkil-4 Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi keçirilib - FOTO, fotoşəkil-5 Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi keçirilib - FOTO, fotoşəkil-6 Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi keçirilib - FOTO, fotoşəkil-7 Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi keçirilib - FOTO, fotoşəkil-8
Bakı Kitab Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər