Layihə mart ayında başlayacaq və üç ay müddətində davam edəcək
Bakucity.az xəbər verir ki, “YARAT” Müasir İncəsənət Məkanı “YARAT” akademiyasının yaz sessiyasını elan edib.
Layihə mart ayında başlayacaq və üç ay müddətində davam edəcək.
Yaz sessiyası bu il “Təsviri incəsənətin poeziyası” mövzusuna həsr olunub. Layihə çərçivəsində beynəlxalq və yerli ekspertlərlə mühazirələr, ustad dərsləri və rəssamlarla görüşlər nəzərdə tutulur.
“YARAT” bu haqda daha ətraflı məlumatı yaxın zamanda ictimaiyyətə təqdim edəcək.
Bakucity.az