Bakıda Türkmənistan sərgisi keçiriləcək

Bakıda Türkmənistan sərgisi keçiriləcək, Javid

Sərgi Xalça Muzeyində keçiriləcək

Bakucity.az  xəbər verir ki, Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi və fəallaşdırılması çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi məqsədi ilə fevralın 15-dən 18-dək Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçalarının, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının sərgisi keçiriləcək.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Türkmənistanın Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Türkmənistanın Toxuculuq Sənayesi Nazirliyi və Azərbaycan Xalça Muzeyi Bakının bütün sakinləri və qonaqlarını türkmən xalqının zəngin mədəni irsi ilə əyani surətdə tanış olmaq üçün əllə toxunan türkmən xalçaları, milli zərgərlik əşyaları və Türkmənistanın tekstil sənayəsi məhsullarından ibarət sərgiyə dəvət edir.

Bakucity.az 

Türkmənistan sərgisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər