Bakı Kamera Orkestri növbəti konsertinə hazırlaşır

Bakı Kamera Orkestri növbəti konsertinə hazırlaşır, Javid

Konsert Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.

Bakucity.az  xəbər verir ki, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində olan Bakı Kamera Orkestri növbəti konsertinə hazırlaşır.

Fevralın 20-nə nəzərdə tutulan konsert M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.

Fuad İbrahimovun dirijorluğu ilə orkestr dünya bəstəkarlarının yaradıcılığı ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərinə də müraciət edəcək.

Bakucity.az 

Kamera Orkestri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər