Pantomima Teatrı Bakıda uşaqlar üçün tamaşa göstərəcək

Pantomima Teatrı Bakıda uşaqlar üçün tamaşa göstərəcək

Əsərin müəllifi, teatrın baş rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadədir

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb. Belə ki, fevralın 17-də teatrın səhnəsində Bəxtiyar Xanızadənin müəllifi olduğu “Fəlakət və insan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrdan bildirilib ki, səhnə əsəri maarifləndirici xarakter daşıyır. Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək əsərin müəllifi, teatrın baş rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadədir.

Tamaşa uşaq və yeniyetmələrə təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərəcək.

Bakucity.az 

Pantomima teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər