BDU-nun məşhur kafedra müdiri vəfat etdi

BDU-nun məşhur kafedra müdiri vəfat etdi, Javid

Professor Aqil Cəfər Xəndan oğlu Hacıyev vəfat edib

Bakucity.az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Rus ədəbiyyatı tarixi kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Aqil Cəfər Xəndan oğlu Hacıyev vəfat edib. 

Bunu BDU-nun Mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova bildirib.

A.Hacıyev 72 yaşında dünyasını dəyişib. O, ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.  

Qeyd edək ki, Aqil Hacıyev 10 avqust 1947-ci ildə anadan olub. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1970-1973-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura təhsili alıb və 1973-cü ildə namizədlik dissertasiyasını müdafiə edib. Həmin ildən BDU-nun rus ədəbiyyatı tarixi kafedrasında müəllimlik fəaliyyətinə başlayıb və kafedrada müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

O, məşhur şair, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın oğludur. 

Allah rəhmət eləsin!

Bakucity.az

BDU
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər