Bakıda əhaliyə 5 milyard manatlıq xidmət göstərilib

Bakıda əhaliyə 5 milyard manatlıq xidmət göstərilib

Bir ildə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlandı

Bakucity.az xəbər verir ki, 2018-ci ildə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci illə müqayisədə 3,2 faiz artaraq 5 milyard 717,3 milyon manat olub.

Hüquqi şəxslər tərəfindən əhaliyə 3276,4 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 57,3 faizini təşkil edib.

2018-ci ildə ictimai iaşə dövriyyəsi əvvəlki illə müqayisədə real ifadədə 8,9 faiz artaraq 1 milyard 054,1 milyon manat olub.

Dövriyyənin 43,0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,0 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat ilində hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilə nisbətən 12,9 faiz artaraq 453,7 milyon manat təşkil edib.

Bakucity.az

Xidmət sektoru
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər