Eldar Əzizov Bakıdakı bəzi restoranlarla bağlı göstəriş verdi - FOTO

Eldar Əzizov Bakıdakı bəzi restoranlarla bağlı göstəriş verdi - FOTO, Javid

Qaydaları pozan məşhur restoranlarla bağlı tədbirlər görüldü

Bakucity.az xəbər verir ki, Bakının ən hərəkətli küçələrindən biri olan Nizami küçəsində fəaliyyət göstərən restoranın vətəndaşların gediş-gəliş yolunu zəbt etməsi ilə bağlı icra hakimiyyəti araşdırma aparıb.

Paytaxtın Nigar Rəfibəyli b/37 ünvanında fəaliyyət göstərən “PASSAGE 145” restoranı vətəndaşların hərəkəti üçün nəzərdə tutulan yolun sağ və sol tərəfinə masalar yerləşdirərək ərazini tamamilə zəbt ediblər.

Ərazidən istifadə edən və həmin küçədə yaşayan sakinlər sözgedən məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə şikayət ediblər.

Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinləri narahat edən məsələ ilə bağlı tapşırıq verib, səkinin zəbt olunduğu yerdə restoranın qanunsuz fəaliyyət göstərən hissəsinin bağlanması ilə bağlı qərar verib. Ərazidə olan restorana məxsus stol və stullar yığışdırılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov bu məlumatı təsdiq edib. (Unikal.org)

Bakucity.az

Eldar Əzizov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər