Bakıda Xocalı qurbanları “Qarabağnamə” ilə anılacaq - bakucity.az

Bakıda Xocalı qurbanları “Qarabağnamə” ilə anılacaq

Milli Dram Teatrı  “Qarabağnamə”ni təqdim edəcək

Bakucity.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə “Qarabağnamə”ni təqdim edəcək.

Teatrın mətbuat xidmətindən  bildirilib ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Fevralın 26-da nümayiş ediləcək tamaşada rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edəcək.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Bakucity.az

Milli Dram Teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Paytaxtın bəzi ərazilərdə suyun verilişində fasilələr olacaq Bakucity.az xəbər verir ki, magistral su kəməri üzərindəki tənzimləyici siyirtmədə yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar sabah Masazır qəsəbəsinə, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsində gecə saatlarına qədər məhdudiyyətlər olacaq. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyib. Bakucity.az
Hadisələr
Nərimanov rayonunda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Şəmsi Rəhimov küçəsində “Mercedes” və “Hyundai” markalı avtomobillər toqquşub.  Hadisədən sonra “Mersedes” yol kənarındakı işıq dirəyinə çırpılıb. (Oxu.az) Bakucity.az
Hadisələr
Paytaxtda sürücü uşaqları avtomobilin yük yerində daşıyıb Bakucity.az xəbər verir ki, Balaxanı-Binəqədi yolunda hərkət edən "90 KJ 378" dövlət qeydiyyatı nişanlı “Daweoo Damas” markalı avtomobilin yük yerində azyaşlıların daşınması böyük narazılıqla qarşılanıb. Avtomobilin heç bir təhlükəsizlik qaydalarına riayət olunmadan idarə olunması ilə sərnişinlərin həyatı təhlükəyə atılıb. (Report) Bakucity.az
Biznes
Paytaxda satılan ZAZ (“Zaparojest”) markalı avtomobil böyük marağa səbəb olub Bakucity.az xəbər verir ki, 1984-cü il istehsalı olan qızılı rəngdəki "Zaparojest"in qiyməti 8 min manatdır.  Mexaniki sürət qutusuna malik avtomobilin əsas özəlliyi çox az sürülməsidir. Avtomobil əla vəziyyətdədir, heç bir problemi yoxdur.  Avtomobil haqda daha ətraflı məlumat almaq istəyənlər bu linkə daxil ola bilərlər: https://www.bakucity.az/auto/801 Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Bakucity.az xəbər verir ki, iyulun 18-də Bakıda və Abşeron yarımadasında iyulun 18-də hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olaca...
Hadisələr
Hadisə yerinə təcili yardım maşınları cəlb olunub Bakucity.az xəbər verir ki, “Meyvəli” meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarında kütləvi zəhərlənmə olub. Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10.14 daxil olub.  Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıblar. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili T...
Hadisələr
Paytaxtda yol qəzası baş verib Bakucity.az xəbər verir ki, hadisə Statistika dairəsi yaxınlığında, Nəriman Nərimanov küçəsində qeydə alınıb.  Qeyd edək ki, avtomobillərdən biri özəl şirkətə məxsus olub. (Trend) Bakucity.az
Cəmiyyət
Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkət etməsi qadağandır Bakucity.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə müraciət edib.  Müraciətdə qeyd edilib ki, “Baku 2019” Avropa Gənclərinin Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Festi...
Hadisələr
Yol polisi süni tıxacla şübhəlilərin qaçmasına mane olub Bakucity.az xəbər verir ki, iyunun 7-də Bakıda güllələnən kriminal aləmin üzvü Mübariz Budaqlını qətlə yetirənlərin tutulma anı polisin nəzarət kamerasına düşüb. Görüntüdə yol polisləri tərəfindən təqib olunan şübhəli şəxslər – Taleh Cəlalov və Vüsal Hüseynovun saxlanılma yer alıb.  Həmin görünütləri təqdim edirik: (Qafqazinfo.az) Bakucity.az