Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq, Javid

Fevralın 15-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, bəzi yerlərdə arabir çiskin olacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər