Həftəsonu “YUĞ”da “Şok” olacaq

Həftəsonu “YUĞ”da “Şok” olacaq

75 dəqiqəlik tamaşa A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında göstəriləcək.

Bakucity.az xəbər verir ki, fevralın 17-də Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivi türkiyəli yazıçı-dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanmış “Şok” tamaşasını nümayiş edəcək.

Səhnə əsərinin rejissoru Günay Səttar, bəstəkarları Amid Qasımov və Mələk Vəlizadə, səhnə dizayneri isə Əməkdar incəsənət xadimi Rəşid Şərifdir. Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib.

Tamaşa müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur.

Bakucity.az

Şok
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər