Bakı klubu argentinalı hücumçu ilə müqavilə bağladı

Bakı klubu argentinalı hücumçu ilə müqavilə bağladı

“Səbail” klubunun heyətinə daha bir əcnəbi futbolçu qatıldı.

Bakucity.az xəbər verir ki, “Səbail” klubu argentinalı hücumçu İriberri İmanol ilə 2019-cu il mayın 31-dək müqavilə imzalanıb.

İmanol 2006-2009-cu illərdə Argentinanın “Atletiko Aldosivi”, 2009-cu ildə “Alvarado”, 2010-2012-ci ildə “Independiente” F.B.C. (Paraqvay), 2012-2013-cü ildə “Sportivo Carapegua”, 2013-cü ildə Deportes Tolima (Kolumbiya), 2013-2014-cü ildə “Estudiantes de Merida”, 2014-2015-ci ildə “Deportivo La Guaira” (Venesuela), 2015-2016-cı ildə “Wilstermann” (Boliviya), 2016-cı ildə “Boavişta” (Portuqaliya), 2016-2017-ci ildə “Crucero del Norte” (Argentina), 2017-ci ildə “Mineros” (Venesuela), 2017-2018-ci ildə “Sport Boys” (Peru), 2018-ci ildə isə “Deportivo La Guaira” (Venesuela) klublarında çıxış edib.

Bakucity.az

"Səbail"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər