Bakıda “Yaradanlar və yaşadanlar” layihəsi davam edir

Bakıda “Yaradanlar və yaşadanlar” layihəsi davam edir

Konsert Beynəlxalq Muğam Mərkəzində keçirilib.

Bakucity.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan “Yaradanlar və yaşadanlar”  davam edir.

Layihə çərçivəsində keçirilən növbəti konsert isə Xalq şairi, nasir, dramaturq Nəbi Xəzrinin yaradıcılığına həsr olunub.

Konsertdə respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə bir-birindən parlaq ifalar səsləndirilib.

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib. Konsertin aparıcısı Əməkdar artist Rəşad İlyasov olub.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində milli ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirdiyi möhtəşəm yaradıcılıq layihələri davam edir.

Bakucity.az

Konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər