“Keşlə” klubunun apellyasiya şikayəti təmin edilmədi

“Keşlə” klubunun apellyasiya şikayəti təmin edilmədi

Məhkəmə iddianı qismən təmin edib.

Bakucity.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Premyer Liqasında çıxış edən "Keşlə" (əvvəlki "İnter") futbol klubunun “Mediland” MMC-yə qarşı apellyasiya şikayətinə baxılıb.

Hakim Afaq Nuriyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, "Keşlə"nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Mediland” MMC "Keşlə" futbol klubunu məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC pul barədə tələb irəli sürüb. Pulun məbləği açıqlanmayıb.

Qərardan narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verib.

Bakucity.az

"Keşlə"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər