İçərişəhərdə Bakı Fotoqrafiya Evinin açılışı oldu - FOTO

İçərişəhərdə Bakı Fotoqrafiya Evinin açılışı oldu - FOTO, Javid

İçərişəhərdəki “Zəncirli bina”da Bakı Fotoqrafiya Evinin açılışı olub.

Bakucity.az xəbər verir ki, 14 fevralda baş tutan açılış mərasimində, həmçinin fotoqraf Sənan Ələsgərovun əsərləri və tədqiqatçı Bəhruz Hüseynzadənin şəxsi kolleksiyasından ibarət “İçərişəhər” adlı fotosərgi də nümayiş olunub.

Tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, rəssam və tədqiqatçı Bəhruz Hüseynzadə artıq 15 ildir foto kolleksiya toplayır. Onun kolleksiyasına XIX əsrin sonu – XX əsrin əvvəlinə aid yüzlərlə orijinal fotoşəkil daxildir. İyirmi mindən çox təsviri özündə birləşdirən bu arxivdə materiallar estamp, çap və ya rəqəmsal nüsxə formasında saxlanılır.

Fotoqraf-rəssam Sənan Ələsgərov İçərişəhərdə doğulub boya-başa çatıb. O, 40 ildir İçərişəhərin fotoxronikasını lentə alır. Qala divarları əhatəsində olan memarlıq, bir-birini əvəz edən və mədəni təbəqələrdəki dəyişiklikləri qeydə alır. (AzərTac)

Bakucity.az

Bakı Fotoqrafiya Evi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər