Bakıda yenə “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Növbəti yarmarka Novruz bayramı ərəfəsində olacaq

Bakucity.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Ticarət Şirkəti növbəti bayram yarmarkası təşkil edəcək. Bu barədə  Aqrar Ticarət Şirkətin mətbuat xidmətinin rəhbəri Mayis Musayev bildirib.

Onun sözlərinə görə, mart ayında, Novruz bayramından əvvəl yarmarka keçiriləcək: “Belə ki, yarmarka martın 15-dən 21-nə qədər Nizami küçəsi 154 (28 May metrosunun yaxınığında) ünvanında baş tutacaq. Martın 15-dən etibarən 1 həftə ərzində keçiriləcək yarmarkada vətəndaşlarımız ekoloji təmiz, təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə edə biləcəklər. Yarmarkanın keçirilməsində məqsəd həm paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda süni qiymət artımının qarşısının alınmasıdır. İstiliklə təchiz olunan yarmarkada iştirakçılar xüsusi xalat, piştaxtalar və tərəzilərlə təmin ediləcək, məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğu yoxlanılacaq. Ötən dəfə olduğu kimi, bu dəfə də fermerlər yarmarkada tam ödənişsiz iştirak edə biləcəklər”.

M.Musayev qeyd edib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əldə edilmiş razılığa əsasən, yarmarka ərazisində ötən dəfə olduğu kimi Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyası fəaliyyət göstərəcək: “Məhsullar laboratoriya yoxlamasından keçirildikdən sonra satışa buraxılacaq. Məhsulların qiymətləri isə tələb-təklif əsasında müəyyən ediləcək və fermerlərin özü tərəfindən təyin ediləcək. Yarmarkada 110 fermerin iştirak etməsi nəzərdə tutulub”.

“Yarmarkada iştirak etmək istəyən fermerlər fevralın 15-dən martın 7-dək Dövlət Aqrar Ticarət Şirkətinin rəsmi saytı vasitəsilə (https://agrotrade.gov.az/az/fair) və ya 050 400 88 99 nömrəsinə zəng etməklə qeydiyyatdan keçə bilər. Bundan başqa, fermerlər öz rayonunda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinə də müraciət edə bilərlər”,-deyə o əlavə edib. (Report)

Bakucity.az

“Kənddən Şəhərə” yarmarkası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Səhər duman, çiskin olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 26-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti ola...
Cəmiyyət
Azərbaycan Televiziyası Novruz bayramına həsr olunmuş telelayihə hazırlayır Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur. BakuCity.az xəbər verir ki, bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyu...
Cəmiyyət
"Bu məsələdə ölkələrdən asılı olaraq fərdi yanaşma yoxdur" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir. BakuCity.az-ın məlumatına görə, bu barədə “Report”a Dubaydan Bakıya uçan təyyarənin sərnişinlərindən biri bildirib. Sərnişin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişənin davam etdiyi şəraitdə belə hala rast...
Hadisələr
Təmirsiz otaqlardan birində yanğın baş verib Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ayaz İsmayılov küçəsi, 69A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın uşaq bağçası və müxtəlif obyektlərin yerləşdiyi ikinci mərtəbəsindəki təmirsiz otaqlardan birində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmə...
Hadisələr
Gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər Bu gün səhər saatlarında Bakı bulvarında dəhşətli hadisə baş verib. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazı...
Cəmiyyət
Alternativ yollardan keçəcəklər Bakıda 7 marşrut xəttinin hərəkəti dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönlən...
Cəmiyyət
Qaliblər kinoteatrlara bilet qazanacaqlar BakuCity.az bu gündən yeni fotomüsabiqə elan edir. Müsabiqənin mövzusu qarşıdan gələn Novruz bayramıdır. Şərtlərə əsasən, hər kəs Novruz bayramı ilə bağlı ən çox 3 fotonu [email protected] elektron ünvanına göndərməlidir. Hər kəs yalnız müəllifi olduğu fotoları göndərə bilər. Səsvermənin nəticələri martın 16-da açıqlanacaq. Qaliblər (ilk 3 yeri tutanlar) Bakıdakı kinoteatrlara bilet qazanacaqlar. BakuCity.az
Cəmiyyət
"Dedilər, hər evdən 3 manat yığırıq, ver" Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub. BakuCity.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb. Belə ki, naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edirlər. Bu pul müqabilində onların mənzillərini...
Cəmiyyət
Səfirlik Azərbaycana viza verilməsini dayandırıb İrandan Azərbaycana gəlmək üçün turpaket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək məqsədilə hotellərə müraciət ediblər. BakuCity.az xəbər verir ki, bu barədə İranın "Ulduz" Turizm Şirkətinin rəhbəri Həmid Cahadi "Sputnik Azərbaycan"a bildirib. O deyib ki, turpaket alan iranlı turistlərdən 8-9 ailə hotellərə zəng edərək bronları ləğv etmək istədiklərini bildiriblər: "Onların çoxu 4 uld...