Tanınmış moda tarixçisinin Bakıda sərgisi keçiriləcək

Tanınmış moda tarixçisinin Bakıda sərgisi keçiriləcək, Javid

Aleksandr Vasilyevin iki sərgisi keçiriləcək.

Bakucity.az xəbər verir ki, ötən il Aleksandr Vasilyev Fondu Heydər Əliyev Mərkəzində “Modernizm və moda” və “Moda məkanı” adlı iki sərgi təşkil edib. 

Moda tarixçisi yenidən Heydər Əliyev Mərkəzində keçiriləcək yeni sərgilərindən bəhs edib: “Birinci sərgi ilkin variantda “Gəlinlik paltarının tarixi” adlanır. Digər sərgi isə portret və modaya həsr olunacaq. Tamaşaçılar XVII əsrdən XXI əsrədək olan dövrdə moda tarixinin təsviri sənətdə təcəssümünü görə biləcəklər. Çünki rəssamlıq portreti saçdüzümünü, bəzək-düzəyi və digər detalları əks etdirir. Mənim fondumda müxtəlif texnika ilə işlənmiş təxminən 2500 portret saxlanılır və düşünürəm ki, sərgi üçün yaxşı material mövcuddur”.

Azərbaycana səfəri ilə bağlı xatirələrini bölüşən A.Vasilyev deyib: “Sizin ölkənizin çox zəngin mədəni həyatı var – müasir muzeylər, gözəl meydançalar...Təqdimat səviyyəsi, vizuallaşdırma, texnologiyalar hökumətin daimi maliyyə dəstəyi ilə dünya səviyyəsindədir. Siz fəxr edə bilərsiniz ki, ölkənizdə Xalçaçılıq muzeyi, Qobustandakı heyrətamiz muzey və möhtəşəm Heydər Əliyev Mərkəzi kimi mədəniyyət obyektləriniz var, həmçinin memarlıq abidələri yüksək səviyyədə bərpa olunub. Bütün bunlar vətən sevgisinin və gözəlliyə qayğının parlaq nümunəsidir. Mən də Bakıya böyük həvəslə gəlirəm”. (AzərTac)

Bakucity.az

Aleksandr Vasilyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər