Bakıda III “SHE Congress” tədbiri keçiriləcək

Bakıda III “SHE Congress” tədbiri keçiriləcək

Azərbaycanda “SHE Congress” artıq üç il ardıcıl olaraq keçirilir. 

Bakucity.az xəbər verir ki, martın 6-da Bakıda üçüncü “SHE Congress” (“Smart. Happy. Elegant.”) – qadınların liderlik və sahibkarlıq tədbiri keçiriləcək. 

Tədbirin əsas mövzusu dəyişikliklərin idarə olunmasına həsr olunacaq, müasir qadının həm öz işində, həm də ümumilikdə cəmiyyətdə uğurunu müəyyənləşdirəcək.

“Azərbaycanın 100 işgüzar qadını” cəmiyyəti təşkil etdiyi tədbiri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dəstəkləyir.

Azərbaycanda “SHE Congress” artıq üç il ardıcıl olaraq keçirilir. “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyəti tərəfindən hazırlanan və qadınların liderliyinə həsr olunmuş “She Leads” adlı unikal korporativ proqramı da məhz bu məqsədə xidmət edir. Bura müxtəlif biznes təlimləri, master-klasslar, mentor proqramları və s. aiddir.

Konqres sahibkar qadınları, həmçinin şirkət və təşkilatlarda aparıcı vəzifələri tutan qadınları bir araya gətirən unikal bir platformadır. Burada aktual mövzular müzakirə olunur və gələcək üçün körpü qurulur. Qorxmadan dəyişikliklərə necə getmək olar? Bu dəyişiklikləri yeni imkanlara və hərəkətverici qüvvəyə necə çevirə bilərik? Hazırda dünyada, iqtisadiyyatda və cəmiyyətdə mövcud olan məhz bu tendensiyalar 6 mart tarixində gündəliyin əsasını təşkil edəcək.

Onu da qeyd edək ki, bu il tədbirdə konqresin vətəni sayılan Ukraynadan və “SHE Exports”un başçılıq etdiyi rəsmi nümayəndə heyətinin iştirakı çərçivəsində B2b görüşlər də nəzərdə tutulub.

Forum ənənəvi olaraq qadın liderliyi mövzusuna xüsusi diqqət ayıran “PASHA Bank”, “Mastercard” və “Coca-Cola” kimi tərəfdaşların dəstəyilə keçirilir.

Bakucity.az

“SHE Congress”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər