“Kənd namusu” Bakıda növbəti dəfə göstəriləcək

“Kənd namusu” Bakıda növbəti dəfə göstəriləcək

Əsərin 4 əsas qəhrəmanı var. 

Bakucity.az xəbər verir ki, fevralın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyetro Maskanyinin “Kənd namusu” növbəti dəfə nümayiş olunacaq.

Almaniyalı rejissor Lüdviq Baumannın quruluş verdiyi səhnə əsərində rolları aparıcı solistlər Qərinə Kərimova, Samir Cəfərov, Taleh Yahyayev, Nina Makarova və Səbinə Vahabzadə ifa edəcək.

Xronometrajı 1 saat 50 dəqiqə olan səhnə əsəri Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə olunacaq.

Bakucity.az

“Kənd namusu”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər