Bakıda "Mühəndislər üçün Biznes təhsili"nin növbəti dərsləri başladı

Bakıda "Mühəndislər üçün Biznes təhsili"nin növbəti dərsləri başladı

Layihədə BANM, ADNSU, UFAZ, BMU, AzMİU və Xəzər universitetlərin tələbələri iştirak edəcək.

Bakucity.az xəbər verir ki, Bakı Ali Neft Məktəbi və BP şirkətinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Mühəndislər üçün Biznes təhsili” layihəsinin yeni qrupları üçün açılış olub.

BANM-dan verilən məlumata görə, açılışda çıxış edən Ali Məktəbin rektoru Elmar Qasımov bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi güclü texniki biliklərə malik olan mühəndislərdə biznes təfəkkürünün, menecer bacarıqlarının formalaşmasına nail olmaqdır. Rektor Elmar Qasımov layihədə tədris olunacaq modullardan və onların iştirakçıların gündəlik, həmçinin karyera həyatlarına təsir edəcək müsbət tərəflərindən danışıb.

Qeyd edək ki, 2 ay müddətində davam edəcək proqramın tədris edilməsi üçün müxtəlif şirkətlərdə çalışan təcrübəli ekspertlər cəlb olunub. Səkkiz modulu əhatə edən proqramın iştirakçıları xüsusi dizayn edilmiş 16 kitabdan (hər modul üçün oxu və məşğələ kitabları) ibarət dərs vəsaitlərindən istifadə edəcəklər.

Layihədə iştirak etmək üçün BANM, ADNSU, UFAZ, BMU, AzMİU və Xəzər universitetlərindən xüsusi seçim prosesindən keçən 110-dan çox tələbə seçilib.

Bakucity.az

BANM
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər