Bakıda türkmən sərgisi açıldı - FOTO

“Ak oy” alaçığı sərgiyə milli kolorit bəxş edəcək.

Bakucity.az xəbər verir ki, fevralın 15-də Azərbaycan Xalça Muzeyində əl işi olan türkmən xalçaları, Türkmənistan milli zərgərlik məmulatları və toxuculuq sənayesi məhsullarının sərgisi açılıb.

Sərgi Türkmənistan və Azərbaycan arasında mədəni-humanitar sahədə əməkdaşlığın, iki ölkə arasında qarşılıqlı mədəni mübadilənin genişləndirilməsi çərçivəsində, habelə yüksək səviyyədə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi məqsədi ilə təşkil olunub.

Sərginin açılışından öncə Azərbaycan Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova deyib ki, sərgi Türkmənistan Toxuculuq Sənayesi Nazirliyinin və Azərbaycan Xalça Muzeyinin dəstəyi, Mədəniyyət Nazirliyi və Türkmənistanın Bakıdakı səfirliyinin təşkilatçılığı ilə reallaşıb.

Bildirilir ki, sərgidə xalis yundan toxunmuş əl işi olan müxtəlif rəngli və müxtəlif naxışlı xovlu xalçalar təqdim edilir. Türkmən xalçalarının bənzərsiz gözəlliyi və uzunömürlülüyü onların əsas fərqləndirici xüsusiyyətidir. Türkmənlərin çoxəsrlik tarixə malik olan xalçaçılıq sənəti mükəmməl səviyyəyə çatıb. Türkmən xalçalarındakı naxışlar türkmən xalqının tarixini, onun fəlsəfəsini və dünyagörüşünü əks etdirir.

Qeyd edilib ki, bəzək əşyaları kolleksiyasının tərkibinə istehsal üsulu tarixin dərinliyinə gedib çıxan sancaq, bilərzik, sırğa və üzüklər daxildir. İçərisində sərgi eksponatlarının da nümayiş olunacağı “Ak oy” adlı xüsusi olaraq quraşdırılmış türkmən alaçığı sərgiyə milli kolorit bəxş edəcək. (AzərTac)

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
4 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakıda maraqlı hədiyyə çeşidləri, dadlı hədiyyələrin orijinal konsepsiyası BakuCity.az oxucularını yalnız hədiyyə deyil, orijinal yanaşma ilə əsl sürprizlər əldə edə biləcəyiniz şirkətlərlə tanış etməyə davam edir. Bu şirkətlərdən biri də paytaxtda lüks buket və ya qeyri-adi qutu şəklində ləzzətli hədiyyə sifariş verə biləcəyiniz məşhur “Tasty Ella”dır. Burada sehirli və yaradıcı ab-hava hökm sürür, insan rahatlıq tapır. Şirkətin sahibi Ella Bağırova saytı...
Cəmiyyət
Bu məhsulların istifadəsinə 4 yaşdan yuxarı uşaqlar üçün icazə verilir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, AQTA-ya “İnvest-Plus” MMC şirkəti tərəfindən “Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti” şirkətinin istehsal etdiyi “Foden” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsi...
Hadisələr
Vəziyyəti ağırdır Bakıda əri tərəfindən döyülən qadın özünü 4-cü mərtəbədən atıb BakuCity.az APA-ya istinadən xəbər verir ki, Ülviyyə Tağıyeva əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də gənc qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.  Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Tağıyevanın ərini saxlayıb. Araşdırma aparılır. 09:26...
Siyasət
"Əminəm ki, bu dəfə uğur Türkiyənin olacaq" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin 2020-ci il futbol üzrə Avropa çempionatı çərçivəsində oyunlarını Bakıda izləyəcək. BakuCity.az-ın məlumatına görə, R.T.Ərdoğan Avro-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcəyini bildirib. Türkiyə Prezidenti bununla bağlı Azərbaycanın dövlət başçısı ilə söhbət etdiyini və İlh...
Hadisələr
Hər iki sürücünün izahatı alınıb Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az APA-ya istinadən xəbər verir ki, “Azneft” dairəsində yol hərəkəti qaydalarını pozan “VAZ 2107” markalı avtomobil “Opel" markalı avtomobilə çırpılıb. “Opel"in sürücüsü Vahid Ələkbərov deyib ki, o, idarə etdiyi avtomobillə hərəkətdə olan zaman iki “VAZ 2107” markalı avtomobil avtoxuliqanlıq edərək onun qarşısını kəsib. Sürücü V.Ələkbərov bununla bağlı Daxi...
Ekologiya
Temperatur 13 dərəcəyə yüksələcək Bazar günü Bakıda müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, dekabrın 15-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 11-13° isti...
Cəmiyyət
General tapşırıqlar verdi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. FHN-dən BakuCity.az-a verilən məlumata görə, müşavirədə çıxış edən DYM...
Cəmiyyət
O, Rusiyada yaşayır və Bakıya bir günlük gəlib Bakının Sabunçu rayonu ərazisində baş vermiş ikili qətlin qurbanların yaxın qohumunun törətməsindən şübhələnilir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Sabunçu rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. Qeyd edək ki, dekabrın 13-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 1968-ci il təvəllüdlü Fatma Həmzəyeva və 1994-cü il təvəllüdlü qızı Elgün Niftizadənin yaşadıqları mə...
Hadisələr
Çəkilişə də mane olub Bakıda iki maşın toqquşub. BakuCity.az APA TV-yə istinadən məlumat verir ki, “Infiniti” markalı avtomobili idarə edən qadın sürücü 3-cü mikrorayon dairəsində “Opel” markalı avtomobilə çırpılıb.  Nəticədə “Infiniti”yə ciddi ziyan dəyib. Buna baxmayaraq qadın sürücü “Opel”in sahibini günahkar çıxarmaq istəyib və mübahisəyə başlayıb. Bu azmış kimi çəkiliş qrupunun işinə mane olmağa çalışıb, həm də kameraya əl ataraq.  O, sənədlərini yol...