Bakıda Dünya Kubokunun açılış mərasimi keçirildi

Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılışı olub

Bakucity.az xəbər verir ki, bu gün Azərbaycanda ilin ilk beynəlxalq idman yarışı - batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Milli Gimnastika Arenasında (MGA) baş tutan mərasimdə əvvəlcə iştirakçı ölkələrin - Azərbaycan, Avstraliya, Almaniya, ABŞ, Belarus, Bolqarıstan, Braziliya, Böyük Britaniya, Əlcəzair, Kanada, Çin, Çexiya, Danimarka, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, İspaniya, İsveç, İsveçrə, Yaponiya, Qazaxıstan, Meksika, Yeni Zelandiya, Polşa, Portuqaliya, Rusiya, Türkiyə, Ukrayna və Özbəkistanın bayraqları nümayiş olunub.

Açılış sözü ilə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda daha bir idman bayramının reallaşacağını deyib: "Dünyanın ən güclü gimnastları Bakıda toplaşıb. Azərbaycan bütün idman növləri üzrə yarışları ən yüksək səviyyədə keçirməyə qadir ölkədir. Buna misal kimi "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları, "Formula 1"i göstərmək olar. Bu ildə ölkəmizdə bir çox mötəbər yarışlar olacaq".

Azərbaycan Dövlət Himninin səsləndiriliməsindən sonra yarış açıq elan edilib.

“AGF Trophy”də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparacaq. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunun açılış mərasiminin ardından yarışa start verilib.

Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edəcək. Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov, eləcə də tamblinqdə Avropa çempionu Mixail Malkin mübarizə aparacaqlar.

Qeyd edək ki, iki gün davam edəcək yarışın ilk günü təsnifat mərhələləri, ikinci günü isə saat 12:00-dan etibarən final mərhələləri baş tutacaq. (report)

Bakucity.az

MGA
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Bakı Beynəlxalq Avtovağzal Kompleksində İİV-lə bağlı tədbir keçirilib. Bakucity.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Bakı Beynəlxalq Avtovağzal Kompleksi birgə insanın immun çatışmazlığı virusu (İİV) ilə bağlı maarifləndirmə və müayinə tədbiri keçirib. Bakı Beynəlxalq Avtovağzal Kompleksində QİÇS-lə Mübarizə Mərkəzinin səyyar Könüllü Müayinə və Məsləhət məntəqəsi təşkil olunub. Təşkil olunan səyyar məntəqədə həm sə...
Cəmiyyət
"Deyilənlər həqiqətə uyğun deyil". Bakucity.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti mayın 25-dən 31-nə qədər yerli sakinlərin “Tarqovı”ya girişinə qadağa qoyulmasına dair yayılmış xəbərlərə münasibət bildirib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov məsələ ilə bağlı bunları deyib: "Bu barədə mətbuatda verilən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib. Belə məlumatlar təxribat xarakter...
Cəmiyyət
Birinci xanım vətəndaşlarla səmimi söhbət edib. Bakucity.az xəbər verir ki, mayın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində olublar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta...
Biznes
Müştərilərin ən çox sifariş verdiyi yeməklər hansılardır? Gündəlik həyatında, xüsusilə də istirahət və özəl günlərdə fərqli mətbəxlərə üstünlük verən kifayət qədər insan var.  Paytaxtda gürcü mətbəxi ilə xidmət edən restoranlarda daha çox hansı yeməklər sifariş olunur? Gürcü yeməklərini yerli, yoxsa gürcü aşbazlar hazırlayır? Menyuların qiyməti sərfəlidirmi? Bakucity.az bu sualların cavab tapmaq üçün maraqlı araşdırma aparıb.  “Mziuri” restoranı Restoranda...
Hadisələr
Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakucity.az  xəbər verir ki, Yasamal rayonu, İnşaatçılar prospekti, 553-cü məhəllə, 2 D ünvanında sürücü Zaur Adil oğlu Kazımov “Opel Vectra” markalı “99 NS 267” dövlət qeydiyyat nişanlı avtomobillə şəxsiyyəti məlum olmayan 40-45 yaşlı qadını vurub. Piyada 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, aldığı xəsarətdən həmin xəstəxanada ölüb. Qeyd edək ki, hadisə sürcünün avtomobili park edərkən arxay...
Cəmiyyət
Bakı şəhəri, Babək prospektində yol yenidən çöküb.  Bakucity.az xəbər verir ki, yolun çökməsi nəticəsində bir avtomobil qəzaya uğrayıb. Məlumata görə, “Mercedes” markalı avtomobil həmin yerdən keçərkən qəzaya düşərək zədələnib. Qeyd edək ki, yol iki gün əvvəl çöküb. Yolun çökməsindən indiyədək həmin ərazidə bir neçə avtomobil ziyan görüb. (Report) Bakucity.az
Ekologiya
Sabaha paytaxtda hava necə olacaq? Bakucity.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatını təqdim edir: Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.  Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz  26-28 dərəcə isti təşkil edəcək. Atmosfer...
İdman
“Keşlə” futbol klubu daha bir futbolçu ilə müqaviləni uzadıb.  Bakucity.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Azər Salahlı ilə yeni sözləşmə 1+1 şərti ilə bağlanılıb.  Qeyd edək ki, Azər Salahlı 2018-ci ilin yayından "Keşlə"də çıxış edir. (Report) Bakucity.az
Cəmiyyət
Paytaxtda polis gücləndirilmiş iş rejimində çalışacaq. Bakucity.az xəbər verir ki, bu, UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədardır.  Mayın 29-da baş tutacaq oyunu izləmək üçün ölkəmizə çoxsaylı əcnəbi azarkeşlər ilə bərabər turist axını da gözlənilir. Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərəfəsində ictimai asa...