Fevralın 19-u Bakıya qar yağacaq? - AÇIQLAMA

Fevralın 19-u Bakıya qar yağacaq? - AÇIQLAMA, Javid

Fevralın 19-da Bakıya qar yağacağı proqnozlaşdırılır

Bakucity.az xəbər verir ki, Dünyanın nüfuzlu weather.com saytının mobil telefonlardakı əlavələri fevralın 19-da Bakıya qar yağacağını proqnozlaşdırır. 

Son günlər bölgələrdə və paytaxt Bakıda da qeyri-sabit hava şəraitinin keçməsi bu ehtimalı artırır.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun rəhbəri Gülşad Məmmədova Qaynarinfo-ya açıqlama verib. Qurum rəsmisi bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi hazırda ölkə ərazisində hava şəraiti qeyri-sabitdir:

"Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar müşahidə olunur. Yağıntılı hava şəraiti fevralın 17-si günorta saatlarına qədər davam edəcək. Əgər hər hansı dəyişiklik olarsa, qar gözlənilərsə, əlavə məlumat verəcəyik".

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər