Bakı metrosunda üçmərtəbəli stansiyalar açılacaq - YENİLİK

Metropolitendə müasir texnologiyalar və dünya standartları tətbiq ediləcək

Bakı metropoliteni paytaxtda əsas ictimai nəqliyyat vasitəsidir və metrodan hər gün minlərlə insan istifadə edir. İlk dəfə metro Bakıda 1967-ci ildə istismara verilib və stansiyaların əksəriyyəti də Sovetlər dövründə istifadəyə verilib. Bir çoxları müstəqillik dövründə tikilən stansiyaların azlığından şikayət edirlər. Onların fikrincə, metroya daha çox investisiya qoymaqla, şəhərin ictimai nəqliyyat yükünü xeyli azaltmaq olardı. Bundan başqa, metrodakı digər problemlər də sakinləri narahat edir. Son dövrlərdə qatarlarda tez-tez nasazıqların yaranması, sərnişinlərin qatarlardan boşaldılması, qatarların gecikməsi kimi hallar yaşanır. Bakucity.az bu dəfə Bakı metrosunun problemlərini araşdırıb, hansı yeniliklərin gözlənildiyini müəyyənləşdirib. Suallarımızı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov cavablandırıb. Materialımızı oxuculara təqdim edirik.

Yeni stansiyaların tikintisində müasir texnologiyalar və  dünya standartları tətbiq ediləcək

Bəxtiyar Məmmədovun bildirdiyinə görə, Bakı Metropolitenində islahatlar 2011-ci ilin konseptual inkişaf planına uyğun olaraq aparılır və hal-hazırda paytaxtın Ceyhun Səlimov küçəsində tikilməkdə olan Bənövşəyi xəttin 3-cü (B3) stansiyasında tikinti işləri dövlət planına uyğun irəliləyir. Bu xətt müasir texnologiyaların və dünya standartlarının tətbiqi ilə fərqlənəcək:

""Memar Əcəmi" B3 stansiyasında yol infrastrukturunun qurulması istiqamətində əsas işlər görülüb və burada ilk dəfə olaraq ağac şpallardan yox, metropolitenin istehsalat sahəsinə aid dəmir-beton bloklardan istifadə olunacaq. Bakı iqlimində ağac şpalların dayanıqlığı 40 ildirsə, yeni şpalların ömrü minimum 50 ildir. 2-ci böyük yenilik isə stansiyanın arxasında dönmə kamerasının olması və bənövşəyi xətt üzrə əlil arabaları üçün liftlərin quraşdırılmasıdır”.

B. Məmmədov həmçinin qeyd edib ki, yeni stansiyalar 3 mərtəbəli olacaq: 

“Bu müasir dövrün daha bir tələbidir. İnsanların stansiyalardan təxliyəsi, stansiyaya daxil olmaları, çıxmaları daha rahat və təhlükəsiz olmalıdır. “Memar Əcəmi” B3 stansiyasıda artıq tikintinin həlledici mərhələsi başlayıb, müəyyən sahələrdə isə quraşdırılma işləri görülür. Stansiyada ümumilikdə 17 eskalator istifadəyə veriləcək. Hər xəttin öz deposu olacaq. “Avtovağzal” istiqamətindən “Xocahəsən” deposuna gedən tunellərindən biri 2018-ci ildə inşa olunub, digər tunelin tikintisi isə davam edir".

“Metrostansiyanın tikintisi heç də ucuz başa gəlmir”

“Bakı metropoliteni yerin altı ilə bütün şəhəri əhatə edəcəyindən hansısa stansiyanın və ya tikinti işinin aparıldığı dövrdə ortaya müxtəlif problemlər çıxa bilər, - metropolitenin mətbuat katibi davam deyib: bundan əlavə, metrostansiyanın tikilməsi heç də ucuz başa gəlmir. Bakı metropoliteni özü-özünü təmin edən müəssisə deyil. Ümumiyyətlə, dünyada özü-özünü maliyyə cəhətdən təmin edən metropolitenlərin sayı çox azdır. Metropoliten stansiyaları dövlətin ayırdığı vəsait hesabına tikilir və bu baxımdan da onu dövlətin sosial layihəsinin tərkib hissəsi hesab etmək olar. Yəni, tunellərin inşası və s. əvvəlcədən planlaşdırılmalıdır ki, metro stansiyalarının artımı baş versin”. 

Qatarların metroda tez-tez ləngiməsi, tuneldə qalması məqamlarına münasibət bildirən katib bu məsələnin deyildiyi qədər çox baş vermədiyini bildirib:

“Metro yerin altı ilə hərəkət edən nəqliyyat vasitəsidir və hərəkətin gur vaxtında interval 2 dəqiqə ilə hesablanır. Amma yerin üstündə olduğu kimi altında da müəyyən texniki nasazlıqlar və ya hansısa problemlər yarana bilər. Ümumiyyətlə, metro paytaxtda ən çox istifadə olunan nəqliyyat vasitəsidir, buraya sərnişin axını daha çoxdur və buna görə də müəyyən texniki problemlər dərhal rezanans doğurur. Metropolitenin qarşısına qoyduğu ən ümdə məsələ sərnişinlərin təhlükəsizliyidir və indiyənə qədər həyat üçün təhlükəli hadisələr olmayıb. Qatarlarımızın texniki baxışı, texniki xidmət, təmir növləri və s. hamısı vaxtı-vaxtında və qaydasında həyata keçirilir. Bakı Metropolitenində istismar müddətini başa vurmuş qatar anlayışı olmayıb, olmayacaq da. 

Bəzən sərnişinlər qatarların gəlmə vaxtını dəqiq bilmək istəyirlər. Vaxt göstəricisi isə əsasən qatarın maşinisti üçün və onun idarəetmə sistemləri üçündür. Qatarın gəlib getməsində sərnişini maraqlandıra biləcək informasiya sadəcə olaraq əlavə faydalı informasiyadır. Hal-hazırda Bakı metropolitenində sadəcə qatarın getdiyi vaxtın göstərilməsi həm də növbəti qatarın gələcəyi vaxtı göstərir. Qeyd etdiyim kimi, qatarların interval vaxtı 2 dəqiqədən başlayır və sərnişin sıxlığından asılı olaraq yuxarıya doğru dəyişir. Bakı metropolitenində qüsurlar həmişə olub, indi də var, amma sərnişin həyatının təhlükəsizliyi baxımından metromuz həmişə nümunəvi olub”.

Məmmədov sonda qeyd edib ki, bu il ərzində 6 qatar (30 vaqon) alınacaq ki, bu da istismardan 30 vaqonun çıxarılaraq yenilənməsi deməkdir. Bundan başqa, ventilyasiya sistemində dəyişikliklər olacaq, 7 yeni ventilyator alınacaq.

Qeyd edək ki, dövlət proqramına uyğun olaraq 2030-cu ildə paytaxtımızın yeraltı yollarının ümumi uzunluğunun 119,1 km-ə, stansiyalarının sayının isə 76-ya çatdırılması gözlənilir. 

Ramilə Qardaşxanqızı

Bakucity.az

Bakı metropoliteni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1656 baxış sentyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirib. Bakucity.az xəbər verir ki, bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, paytaxt sakini, 1992-ci təvəllüdlü R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi Rayon Polis İdarəsinin (RPİ)...
Biznes
Ekspert "Baxış bucağı"nda bəzi təşəbbüslər irəli sürüb İqtisadçı ekspert, “VXA AUDİT” şirkətinin direktoru Elçin Qurbanov Bakucity.az-ın  qonağı olub. E.Qurbanov saytımıza verdiyi müsahibəsində Azərbaycanda vergi sahəsində aparılan islahatlar, vergi mədəniyyətinin indiki vəziyyəti, həmçinin vergi inzibatçılığının aparılmasında görülən işlərdən danışıb və vergi sahəsi ilə bağlı bəzi təşəbbüslər irəli sürüb. Sözügedən müsahibəni izləyicilərimizə təqdim ediri...
Cəmiyyət
Bu il paytaxtda 2508 ailə dağılıb Statistikaya görə, bu ilin ilk yarısında ölkə üzrə ümumilikdə 8 min 257 boşanma rəsmiləşib ki, bunun da 2508-i Bakıda qeydə alınıb. Mütəxəssislər hesab edirlər ki, ailələr əsasən qarşılıqlı anlayış olmadıqda dağılır. Boşanmalar isə daha çox uşaqlara zərər vurur. Maraqlıdır, münaqişəli ailələrin məcburi davam etməsi, yoxsa nikahın pozulması uşaqlara daha çox zərər verir?  Bakucity.az bu və digər suallara cavab almaq üçün “İ...
Cəmiyyət
Sərginin baş sponsoru “Kapital Bank”dır 10-12 oktyabrda Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi keçiriləcək.  Bakucity.az xəbər verir ki, sərgi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.  Həmçinin sərgiyə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta...
Cəmiyyət
“Məktəbdə Elinanı ilk dəfə görəndə “ölmək istəyirəm” deyirdi” Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib.  Bakucity.az-ın APA-ya istinadən xəbərinə görə, ittihamda qeyd olunub ki, 8 E sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülg...
Cəmiyyət
“Bütün söyüşlər özümə qayıtsın” Bakıda yol polisini ağır söyüşlərlə təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib.  Bakucity.az xəbər verir ki, sürücünün üzrhaqlıq videosu sosial şəbəkələrdə yayılıb. “Yol polisi əməkdaşı məni saxladı və taksi lisenziyası olmadığına görə cərimə yazdı. Protokolu götürüb maşına tərəf gedəndə özümdən çıxdım. Geri qayıdıb yol polisi əməkdaşını təhqir etdim. Həmçinin oxu: Bakıda yol polisini təhqir edən sürü...
Cəmiyyət
2019-cu ilin payızında Bakı sakinləri necə geyinəcklər?  Hər bir mövsümün öz rəng palitraları var, və bu rənglər dizaynerlərin yeni kolleksiyalarının trend tonlarına diktə edir. Bundan əlavə mövsümdən mövsümə geyimin tərzi, forması və keyfiyyətini dəyişir. Dizayner  və “Noora” brendinin təsisçisi Nurlana Allahverdiyeva bu payızın dəbi haqda Bakucity.az-a danışıb.  Modelyer bildirir ki, geyimin əsas və başlıca elementi rənglərin və aksesuarların müxtəlifliy...
Cəmiyyət
Sabaha gözlənilən hava şəraiti açıqlanıb Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.  Bakucity.az xəbər verir ki, cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.  Havanın temperaturu gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək.  Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz olacaq. Bakucity.az
Cəmiyyət
Bakı metrosunda çəkilən bu videosu izlənmə rekordları qırır Bakı metrosunda çəkilən maraqlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bakucity.az baku.ws-ə istinadən xəbər verir ki, sərnişin qatara mindikdən sonra mahnı ifa etməyə başlayıb.  Onun bu hərəkəti digər sərnişinləri təəccübləndirib.  Sosial şəbəkələrdə yayılan video minlərlə baxış toplayıb. Bakucity.az