Bakı mütləq ziyarət edilməli şəhərlər siyahısına düşdü

Bakı mütləq ziyarət edilməli şəhərlər siyahısına düşdü

2019-cu ildə səyahət edilməli dünyanın ən 25 şəhəri arasında Bakı da var

Bakucity.az "telefakt.ru" saytına istinadən xəbər verir ki, Rusiyanın məşhur "tutu.ru" səyahət servisi 2019-cu ildə səyahət edilməli 25 şəhər arasında Bakıya da yer verib. 

Siyahı 30 rusiyalı jurnalist, səyahət-bloggeri və ekspertlərinin rəyləri əsasında hazırlanıb. Materialda Bakı səyahətçilər üçün belə xarakterizə edilib: 

"Bakı. Siz 3 saata Azərbaycanın paytaxtına səyahət edə bilərsiniz. Futbol həvəskarları üçün burada Avropa Liqasının finalı keçiriləcək. Bakıya plaskartda iki sutkaya çatmaq və ya təyyarə ilə getmək mümkündür (12,200 rubldan başkayan qiymətlərlə)".

Qeyd edək ki, siyahıda Tokio, Qahirə və Havana kimi şəhərlər də yer alıb. 

Bakucity.az

Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər