Bakıda sulu qar yağacaq, rəsmi açıqlama verildi

Bakıda sulu qar yağacaq, rəsmi açıqlama verildi, Javid

Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək. 

Bakucity.az xəbər verir ki, Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva ölkədə hava şəraitinin pisləşəcəyinə dair açıqlama verib. 

Belə ki, fevralın 18-dən 19-na keçən gecə Mərkəzi Rusiyadan hərəkət edən siklon və onunla bağlı olan soyuq atmosfer cəbhəsinin respublikanın əsasən şimal və şərq rayonlarından keçməsi nəticəsində hava şəraitinin yagıntılı olacağı, sulu qara keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

Bakıda fevralın 19-da gün ərzində sulu qarla müşaiyyət olunacağı ehtimal olunur: "Fevralın 19-da gün ərzində temperaturun müsbət 2-3 dərəcə olacaq. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək".

Rəsmi həmçinin əlavə edib ki, bu proses qısamüddətli olacaq.  Fevralın 20-də səhər yağıntılar tədricən kəsiləcək. (Report)

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər