Avropa İttifaqının nümayəndə heyəti Bakıya gəlib

Avropa İttifaqının nümayəndə heyəti Bakıya gəlib, Javid

Yeni formatda ilk dialoq keçiriləcək

Bakucity.az xəbər verir ki, Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi Avropa İttifaqının nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

H.Hololey Azərbaycanla Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun fevralın 19-da keçirilməsi planlaşdırılan ilk iclasında iştirak edəcək.

Daha əvvəl Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas iclasın bu formatda ilk dialoq olduğunu bildirib. 

Bakucity.az

Avropa İttifaqı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər