Bakıda şpris zavodu fəaliyyətə başlayacaq

Bakıda şpris zavodu fəaliyyətə başlayacaq

Yaxın 2-3 ay ərzində ölkədə iki yeni əczaçılıq zavodu açılacaq

Bakucity.az xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev yaxın 2-3 ay ərzində ölkədə iki yeni əczaçılıq zavodunun fəaliyyətə başlayacağını bildirib. 

Daha öncə “Diamed” şirkətinin təsisçisi Aytən Quliyeva bildirimişdi ki, şpris istehsalı zavodu 2019-cu ilin martında fəaliyyətə başlayacaq.

O qeyd edib ki, zavodun fəaliyyətinin birinci ilində hədəf daxili tələbatın ödənilməsinə yönələcək:

“Şprisə illik tələbat 170 milyon ədəd təşkil edir. İlk altı ay ərzində 100 milyon şpris istehsal etməyi, daha sonra bu həcmi 150-170 milyon ədədə çatdırmağı planlaşdırırıq”.

A.Quliyeva əlavə edib ki, əsasə məqsəq şpris idxalının minimuma endirməkdir. Sonrakı illərdə isə zavodda istehsal olunan şprislərin ixraca yönləndirilməsi nəzərdə tutulir.

Qeyd edək ki, “Diamed” şirkətinin zavodu Pirallahı Sənaye Parkında tikilir. (Trend)

Bakucity.az

Şpris zavodu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər