Bakıda “Yurdumuza bahar gəlir” müsabiqəsi davam edir

Bakıda “Yurdumuza bahar gəlir” müsabiqəsi davam edir

Seçilmiş əsərlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur.

Bakucity.az xəbər verir ki, Xətai Sənət Mərkəzinin elan etdiyi  “Yurdumuza bahar gəlir” adlı rəsm müsabiqəsinə 17 yaşadək olan uşaqlar qatıla bilər. Təqdim olunan sənət əsərlərinin son qeydiyyat tarixi isə martın 4-də bitəcək. Müsabiqədə seçim 12 və 12-17 yaş kateqoriyası üzrə aparılacaq.

Müsabiqəyə qatılan uşaqlar adlarını, soyadlarını, təvəllüdlərini, əlaqə nömrələrini, təhsil aldıqları məktəbin və ya təsviri sənətlə məşğul olduqları tədris mərkəzinin adını qeyd etməklə, həmçinin ən çox üç əl işinin fotosunu Xətai Sənət Mərkəzinin 051 310 74 01 nömrəsinin “WhatsApp” ünvanına göndərməlidirlər.

Sonda Bakı Xətai Sənət Mərkəzində seçilmiş əsərlərdən ibarət sərginin açılacağı da nəzərdə tutulur.

Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (QSC), Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

Bakucity.az

Müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər