Bakıda 3,3 milyon manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

Bakıda 3,3 milyon manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

Beynəlxaql axtarışda olan şəxs Ukraynada həbs edilərək Azərbaycana ekstadisiya olunmuşdu.

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Xəlilovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

E.Xəlilovun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun işinə xitam verilib və təqsirləndirilən şəxs məhkəmə zalında azadlığa buraxılıb.

İttiham aktına əsasən, E.Xəlilov 1996-1999-cı illərdə hazırkı məzənnə ilə dövlətə, ümumilikdə, 3 milyon 381 min AZN zərər vurub.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

E.Xəlilov uzun müddət beynəlxaql axtarışda olub və ötən il avqustun 8-də Ukraynada həbs edilərək Azərbaycana ekstadisiya olunub. 

Bakucity.az

Cinayət işi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər