Konsert 2 gün davam edib.
Bakucity.az xəbər verir ki, Rusiyanın tanınmış piano ifaçısı Adam Qutseriyev Bakıda iki gün konsert proqramı ilə çıxış edib.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə reallaşan konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdim olunub.
Orkestri amerikalı dirijor Hobart Erlin idarə etdiyi konsertdə dünya və Avropa bəstəkarlarının yaradıcılığına müraciət olunub.
Bakucity.az