“YARAT” Bakıda “Buratino”nu səhnəyə çıxardacaq

“YARAT” Bakıda “Buratino”nu səhnəyə çıxardacaq

Səhnə əsərinə Elvin Mirzəyev quruluş verib.

Bakucity.az xəbər verir ki, fevralın 28-də “YARAT” Müasir İncəsənət Mərkəzində Uşaq Musiqili Teatrı tərəfindən “Buratino” tamaşası təqdim ediləcək.

Əvvəlki tamaşalardan fərqli olaraq, burada uşaqlar nəinki rəqs edib və oxuyacaq, həm də özlərini “maskalar komediyası” janrında sınayacaqlar. Tamaşada məktəb-studiyanın kiçik, orta və yuxarı siniflərindən 22 şagird iştirak edəcək.

Səhnə əsəri kifayət qədər ciddi musiqi materialını sərgiləyir. 40 il əvvəl professor Tərlan Seyidov tərəfindən yaradılan Uşaq Musiqi Teatrı öz ənənələrinə sadiq qalaraq, böyüyür və inkişaf edir.

Bakucity.az

“YARAT”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər