Bakıya qar yağır

Bakıya qar yağır, Javid

Paytaxta səhər saatlarından etibarən qar yağmağa başlayıb

Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti bu gün Bakıda sulu qarın yağmasını proqnozlaşdırırdı. Dünən başlayan yağış səhər saatlarına yaxın qarla əvəz olunub. 

Xatırladaq ki, Bakıya iki ilə yaxın idi qar yağmırdı. 

Sinoptiklər məlumat verirlər ki, qar yağması prosesi qısamüddətli olacaq.  Fevralın 20-də səhər yağıntılar tədricən kəsiləcək. 

Bakucity.az 

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər