Paytaxt yollarında sürət həddi endirildi

Paytaxt yollarında sürət həddi endirildi

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir

Bakucity.az xəbər verir ki, hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə edilir. 

 Bu gecədən başlayaraq hava şəraitinin dəyişməsi ilə əlaqədar, Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə tapşırıqlar verilib. 

Sərnişin avtobuslarının hərəkət intervalı azaldılacaq, zərurət yarandığı halda, günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılacaq. 

Bakucity.az 

Yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər