Bakıda bu dövlət qurumunun səlahiyyəti artırıldı

Avtomobillərin hərəkətini məhdudlaşdıra da biləcək

Bakucity.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 150 nömrəli qərarı ilə təsdiq edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”nin 3.3-cü bəndi aşağıdakı redaksiyada verilir:

“3.3. Zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, İdarə onların hərəkətini məhdudlaşdırır və ya qadağan edir”.

Qeyd edək ki, bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi zonadan keçən yollarda nəqliyyat vasitələrinin hərəkəti Qoruq ərazisində yerləşən abidələrin qorunması üçün təhlükə yaratdığı halda, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qarşısında həmin yollardan istifadəyə məhdudiyyətlərin tətbiqi və ya istifadənin tam dayandırılması barədə məsələ qaldıra bilərdi.

Bakucity.az

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kəs qiymətləndirməyib
78 baxış dekabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Peşəkar kadr olub Bu gün intihar xəbəri yayılan Nərimanov Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu barədə bəzi faktlar əldə olunub. BakuCity.az BakuPost-a istinadən xəbər verir ki, özünü asaraq intihar edən Elmar Əlizadə peşəkar kadr olub. O, əvvəllər Xarici İşlər Nazirliyində, Brüsseldə Azərbaycan nümayəndəliyində çalışıb. Bir neçə dil bilən gənc diplomat qısa zamanda böyü...
Mədəniyyət
Təşkilat komitəsi 20 ən yaxşı ifaçını seçib Heydər Əliyev Sarayının səhnəsində avtomobillər, motosikletlər, avtobus və bütöv bir meqapolis. BakuCity.az-ın məlumatına görə, dekabrın 14-də Bakıda "Zima" III Beynəlxalq Uşaq Festivalının qala konserti olub. Bu layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Beat Group” tərəfindən təşkil edilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Konsert proqramı başlamazdan əvvəl festiv...
Hadisələr
Özünü asıb Nərimanov Rayon İcra Hakimiyyətinin (RİH) şöbə müdiri intihar edib. BakuCity.az xəbər verir ki, bu barədə "Report"a Nərimanov RİH-dən bildirilib. Bildirilib ki, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq öldürüb. Hazırda faktla bağlı araşdırma aparılır. E.Əlizadə 2014-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Qeyd edək ki, məluma...
Hadisələr
Hadisə yerinə 3 təcili yardım briqadası göndərilib Lökbatanda Qaradağ Rayon İcra Hakimiyyəti binasının arxasında yerləşən Uşaq Yaradıcılıq Mərkəzində partlayış baş verib. Səhiyyə Nazirliyindən BakuCity.az-a bildirilib ki, partlayışın baş verməsi barədə məlumat təcili yardıma saat 10:14-də daxil olub. Hadisə yerinə 3 təcili yardım briqadası göndərilib. Həkimlər mərkəzdən 50 yaşlı müəlliməni götürüblər. Qadın sifətin və hər iki əlinin termiki yanığı diaqnozu...
Cəmiyyət
Fərqlənən vətəndaşlar mükafatlandırılacaq Azərbaycanda axtarışda olan şəxslərin tapılmasında polisə kömək edən vətəndaşlara mükafatlar nəzərdə tutulub.  BakuCity.az-ın məlumatına görə, Baku.ws-in sorğusuna cavab verən Daxili İşlər Nazirliyi açıqlayıb ki, vətəndaşlar aidiyyatı üzrə polis orqanları rəislərinin təqdimatına uyğun olaraq DİN rəhbərliyi tərəfindən mükafatlandırıla və ya rəğbətləndirilə bilərlər. "Cinayətkarlıqla mübarizədə əldə olunmuş uğurlarda...
Cəmiyyət
Bakıda maraqlı hədiyyə çeşidləri, dadlı hədiyyələrin orijinal konsepsiyası BakuCity.az oxucularını yalnız hədiyyə deyil, orijinal yanaşma ilə əsl sürprizlər əldə edə biləcəyiniz şirkətlərlə tanış etməyə davam edir. Bu şirkətlərdən biri də paytaxtda lüks buket və ya qeyri-adi qutu şəklində ləzzətli hədiyyə sifariş verə biləcəyiniz məşhur “Tasty Ella”dır. Burada sehirli və yaradıcı ab-hava hökm sürür, insan rahatlıq tapır. Şirkətin sahibi Ella Bağırova saytı...
Cəmiyyət
Bu məhsulların istifadəsinə 4 yaşdan yuxarı uşaqlar üçün icazə verilir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən BakuCity.az-a verilən məlumata görə, AQTA-ya “İnvest-Plus” MMC şirkəti tərəfindən “Alisa İlaç Qida Kozmetik San. Ltd. Şti” şirkətinin istehsal etdiyi “Foden” əmtəə nişanlı bioloji fəallığa malik qida əlavəsi...
Hadisələr
Vəziyyəti ağırdır Bakıda əri tərəfindən döyülən qadın özünü 4-cü mərtəbədən atıb BakuCity.az APA-ya istinadən xəbər verir ki, Ülviyyə Tağıyeva əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də gənc qadın özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.  Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Tağıyevanın ərini saxlayıb. Araşdırma aparılır. 09:26...
Siyasət
"Əminəm ki, bu dəfə uğur Türkiyənin olacaq" Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə millisinin 2020-ci il futbol üzrə Avropa çempionatı çərçivəsində oyunlarını Bakıda izləyəcək. BakuCity.az-ın məlumatına görə, R.T.Ərdoğan Avro-2020-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə izləyəcəyini bildirib. Türkiyə Prezidenti bununla bağlı Azərbaycanın dövlət başçısı ilə söhbət etdiyini və İlh...