Bakıda ən bahalı şərablar hansı restoranlarda verilir? - ARAŞDIRMA

Bakıda ən bahalı şərablar hansı restoranlarda verilir? - ARAŞDIRMA, Javid

Yerli şərabların populyarlığı artır

Son illərdə Azərbaycanda şərab istehsalı sahəsində ciddi irəliləyiş hiss olunur. Şərab mədəniyyətinin inkişafı öz növbəsində paytaxtın bir sıra müəssisələrində də gözə çarpır. Bir sıra restoranlarda müştərilərinə həm yerli, həm də əcnəbi istehsalı olan keyfiyyətli şərablar təklif edirlər. Bakucity.az bu araşdırmasında paytaxtın şərab xəritəsini gözdən keçirib və Bakıda ən yaxşı şərabların harada verildiyini müəyyənləşdirməyə çalışıb. 

Əcnəbi qonaqlar yerli şəraba üstünlük verirlər

Paytaxtın bir çox restoranları qonaqlarına xoş musiqi, rahat şərait, dadlı yeməklər və əlbəttə ki, geniş şərab seçimi təqdim etməyə hazırdır. “Sumakh” restoranının inzibatçısı Rövşən İsabəyov deyir ki, onların müəssiəsində müştərilərə ən məşhur şərab növləri təklif edilir. 

“Bizdə seçim imkanları böyükdür. Biz İtaliya, Fransa, İspaniya, Argentina və əlbəttə, yerli istehsal olan şərablar təklif edirik. «Gəncə Şərab» şirkətiylə əməkdaşlıq edirik,  menyumuzda «Shiraz», «Cabernet Sauvignon», «Madrasa», «Sevgilim» və başqa yerli şərablar var. Menyumuzda həmçinin İtaliya istehsalı olan «Brunellodi Montalcino» və «Chianti», fransız istehsalı olan «Chateau L'EnclosPomerol», «Chateau Lascombes Margaux Grand Cru» kimi şərablar var. Yeri gəlmişkən, «Chateau Lascombes Margaux Grand Cru» - şüşəsi  250 manat olmaqla, məkanımızda təklif edilən ən bahalı şərablardandır . “Tenuta San Guido” isə 280 manata olan ən bahalı italyan şərabımızdır”. 

Restoran əməkdaşının sözlərinə görə, paytaxtın qonaqları əsasən yerli şərablara üstünlük verirlər. O ki qaldı mətbəxə, məkan əsasən bir qədər interpretasiya etməklə milli yeməklər təklif edir:

Bakıda ən bahalı şərablar hansı restoranlarda verilir? - ARAŞDIRMA, fotoşəkil-1

“Bizdə yalnız Azərbaycan mətbəxinə aid təamlar var, yeniliklər edirik, amma hər şey milli mətbəxin oturuşmuş ənənələri əsasında hazırlanır. "Sumakh" rahat atmosferli ailəvi restorandır. Zal isti qırmızı rənglərdə olan xalçalarla, yastıqlarda, milli naxışlarla bəzədilib ”.

“Café City Wine” restoranının  inzibatçısı saytımıza açıqlamasında bildirdi ki, bu məkanda müxtəlif növ yerli və xarici şərablar verilir:

“Yerli istehsaldan olan «Savalan», «Fireland», «ShatoMonolit», «Gəncə» şərablarını menyumuzda tapa bilərsiniz. Bizdə Fransa, İtaliya, İspaniya və Yeni Zelandiya istehsalı olan şərablar da olur. Ən bahalı şərab - İtaliya istehsalı «Barbaresco» 98 manatadır. "Alessandro Pellegrini"yə məxsus qırmızı italyan şərabı - «AmaronedellaValpolicella» isə 93 manatdır. Fransa istehsalı olan  «Chateau Duhart Milon» 82 manata təklif edilir. Yerli şərabların qiymətləri isə 23-35 manat arasında dəyişir. Gürcü şərablarının qiymətləri isə 34 manata qədərdir”

Bakıda ən bahalı şərablar hansı restoranlarda verilir? - ARAŞDIRMA, fotoşəkil-2

İnzibatçı qeyd edir ki, onlarda günorta saat üçdən sonra boş yer tapılmır. Buna görə də əvvəlcədən masa sifariş edilməlidir. İnteryerin özəlliklərdən biri – şərab şüşələriylə açıq stellajdır.

“Sahil Bar & Restaurant”ın meneceri Kazım Məhərrəmzadə də müəssisədəki şərab seçiminə dair xüsusiyyətləri bizimlə bölüşdü:

“Biz qonaqlarımıza yerli istehsal, həmçinin İtaliya, Fransa və ABŞ istehsalı olan şərablar təklif edirik. Azərbaycan istehsalı olan «İsmayıllı», «Gəncə», «Savalan» kimi şərablarımız var. Bizdə sifariş edə biləcəyiniz ən bahalı şərab 240 manata olan «Brunellodi Montalcino»dır. Yerli şərabların içində ən bahalısı isə 180 manata təklif edilən "Savalan Special Edition"dır.  

Məlum oldu ki, bu restorana gələn xarici müştərilər də yerli şərablara üstünlük verirlər. Onların arasında «Hillside» və «Savalan» daha populyardır. 

“Oronero Beverage” restoranın əməkdaşı Vidadi  Səmədov deyir ki, onlarda Fransa, İtaliya, Çili, Almaniya, İspaniya, Avstriya və Yeni Zelandiya istehsalı olan şərablar verilir. Ən baha şərab «Capichera» adlı ağ şərabdır, onun bir şüşəsi 500 manata təklif olunur. Fransa istehsalı olan ən bahalı şərab isə 170 manata təklif olunan "Pascal Jolivet"dan «Sancerre Blanc»dır. 

Bakıda ən bahalı şərablar hansı restoranlarda verilir? - ARAŞDIRMA, fotoşəkil-3

Restoranda «Ganja Sharab»a məxsus 60 manata təklif olunan «Savalan Chardonnay» və ya «Aspi Winery» də sifariş etmək olar.

Araşdırmamız zamanı məlum oldu ki, paytaxt restoranlarının çoxunda müştərilərə içki növləri haqqında məlumat verməklə, şərab xəritəsi təqdim edilir. Buna görə də, Bakı restoranlarında şərab seçərkən müştərilər çətinlik çəkmirlər.

Sonda oxucularımıza Bakının məşhur restoranlarında təklif olunan şərab növlərini və qiymətlərini təqdim edirik: 

Restoran

Xarici şərab

Yerli şərab

“Sumakh”

“Brunello di Montalcino” – 270 AZN

“Chianti” – 60 AZN

“Chateau Lascombes Margaux” – 250 AZN

“Tenuta San Guido” – 280 AZN

“Shiraz 700” – 24 AZN

“Cabernet Sauvignon” – 6 AZN

“Madrasa 700” – 24 AZN

“Sevgilim” – 24 AZN

“Café City Wine”

“Amarone della Valpoli cella” 93 AZN

“Chateau Duhart Milon” – 82 AZN

23-35 AZN

“Sahil Bar & Restaurant”

“Brunello di Montalcino” – 240 AZN

“Roje Cabernet Sauvignon” (Çili) 75 AZN

“Chateau Lascombes Margaux” – 350 AZN

“Savalan Special Edition” – 180 AZN

“Savalan Limited Release” – 60 AZN

“Hillside Reserve” – 50 AZN

“Hillside Chardonnay” – 45 AZN

“Oronero Beverage”

“Capichera” – 500 AZN

“Sancerre Rouge” – 170 AZN

“Chateau Cantemerle” – 360AZN

“Rossj-Bass, Gaja” – 460 AZN

“Chablis Premier Cru Montmains” – 220 AZN

“Hillside Pinot Grigio” – 60 AZN

“Savalan Chardonnay” 60 AZN

“7 Sunday Launge”

“Hillside Prestige  750” – 35 AZN

“Yeddi Gözəl”– 28 AZN

“Vertical 29 Restaurant 7 Launge”

“Ch.Lenclos Pomerol” – 170 AZN

“La Lagune Haut Medoc” – 350 AZN

“Chateu De Lamarque Medoc” – 120 AZN

___

“Café Baku”

“Almaviva Baron Philippe De Rothschild” – 300 AZN

“Sassicaia” – 500 AZN

“La Lagune” – 255 AZN

___

Züleyxa İsmayılova

Bakucity.az.

Şərab
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər