Bakıdakı çoxmənzilli binalarla bağlı fərman verildi

Prezident İlham Əliyev fərman imzalayıb.

Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Fərmana əsasən, müəyyən edilib ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir;

- Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir.

Fərmana əsasən, aparılmış müayinənin nəticələri mənfi olduqda, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müayinə nəticəsində aşkarlanmış çatışmazlıqları və onların aradan qaldırılması üçün görülməli olan tədbirləri özündə əks etdirən rəyini bu Fərmanın 1.1-ci bəndində göstərilən müddətdə tərtib edib çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sifarişçisinə (sahibinə) və ya idarəedici təşkilatına, onlar olmadığı halda aidiyyəti yerli icra hakimiyyəti orqanına təqdim edir. 

Müvafiq rəydə göstərilmiş çatışmazlıqlar beş ay müddətində aradan qaldırıldıqda, bu Fərmanın 1.1-ci bəndində nəzərdə tutulan müayinənin yenidən aparılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət oluna bilər.

Nazirlər Kabineti sənədə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazənin formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etməli, həmçinin bu fərmanda verilmiş tapşırığın icrasını nəzarətdə saxlamalı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qaldırdığı vəsatətlərə əsasən, istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və aidiyyəti yerli icra hakimiyyəti orqanları istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) siyahısının öz rəsmi internet səhifələrində yerləşdirilməsini və icazə verildiyi gündən üç gün müddətində bu barədə məlumatı siyahıya daxil edərək onun mütəmadi yenilənməsini, həmçinin Fövqəladə Hallar Nazirliyinin sorğusu əsasında çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) müayinəsi ilə bağlı mövcud tikinti sənədlərinin surətlərinin, habelə digər zəruri məlumatların üç gün müddətində təqdim olunmasını təmin etməlidirlər.

Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən olunmuş müddətdə təmin etməli, eləcə də, istismarına icazə verildiyi barədə məlumat daxil olduğu gündən 10 gün müddətində, bina (kompleks) bu məqsəd üçün nəzərdə tutulmayan torpaq sahəsində inşa olunduğu hallarda çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinə münasibətdə isə kompleksdə istismarına icazə verilmiş binaların) tikinti ərazilərinin kateqoriyasının dəyişdirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasını təmin etməlidirlər.

Yerli icra hakimiyyəti orqanları bu fərmanda nəzərdə tutulan rəy onlara təqdim edildiyi hallarda həmin rəydə göstərilən çatışmazlıqların aradan qaldırılmasında çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) sakinlərinə təşkilati baxımdan kömək göstərsinlər.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi  istismarına icazə verildiyi gündən bir ay müddətində çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsini təmin etməlidirlər.

Fərman 2020-ci ilin yanvarın 1-dək qüvvədədir.

Bakucity.az

İlham Əliyev
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Nazir aydınlıq gətirdi Mədəniyyət Nazirliyinə Bakıda Şah İsmayıl Xətainin heykəlinin köçürülməsi ilə bağlı müraciət olunmayıb və bu məsələ Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qaldırılmayıb. BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Ə.Qarayev bildirib ki, əgər müvafiq qərar verilsə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə bu məsələ nəzərdən keçiriləcək: “Biz hazırda Hacı Zeynalabdin Tağıyev, Tofiq...
Siyasət
Xocalı soyqırımına həsr olunmuş foto və kitabların sərgisi təşkil olunub Fevralın 26-da Moldovanın paytaxtı Kişinyovda Azərbaycan səfirliyi və Moldova Azərbaycan Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş geniş anım tədbiri keçirilib. BakuCity.az-ın məlumatına görə, ilk dəfə olaraq Moldovanın Milli Tarix Muzeyində keçirilən tədbirdə Moldova hakimiyyət nümayəndələri, ictimai xadimlər, bu ölkədə akkreditə olan diplomatik...
Cəmiyyət
Virusun inkubasiya dövrü 14 günə qədərdir Fevralın 25-də İran Islam Respublikasından gələn və Azərbaycan ərazisindən keçərək Tbilisiyə getmiş Gürcüstan vətəndaşında COVID-19 virusunun aşkarlanması haqqında məlumatın əsasında Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi müvafiq dövlət qurumları ilə birlikdə dərhal araşdırma aparıblar. Bu qurumların mətbuat xidmətlərindən BakuCity.az-a verilən birgə məlumata əsasən, araşdırma zamanı həmin...
Cəmiyyət
Xəzəri ən çox çirkləndirən axarlar Sahil və Xocasən qəsəbələrində formalaşır Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Qaradağ rayonunun Xəzər sahili ərazilərində keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. İdarənin əməkdaşı Nərmin Babaşova BakuCity.az-a bildirib ki, monitorinqlərin nəticəsinə görə Qaradağ rayonu ərazisində Xəzəri ən ç...
Cəmiyyət
Tətillərin müddəti də müəyyən edilib Nazirlər Kabineti “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”ni təsdiq edib. BakuCity.az-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir. Qərara əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədr...
Cəmiyyət
Badamdar şosesi istiqamətində yaranan tıxac da aradan qalxacaq Bakı-Sumqayıt yolunda tıxacın aradan qaldırılması üçün genişmiqyaslı işlər davam edir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, dövlət başçısının tapşırığına uyğun olaraq, Bakı şəhərinin şimal girişində xüsusən günün pik saatlarında yaşanan tıxac və ləngimələrin aradan qaldırılması, həmçinin fövqaladə hallar zamanı avtonəqliyyat vasitələrinin paytax...
Cəmiyyət
Gürcüstandakı səfirliyimiz də məsələyə münasibət bildirib "Gürcüstanın Azərbaycanla sərhədləri bağlaması xəbəri doğru deyil". BakuCity.az-ın məlumatına görə, bu barədə Gürcüstan Baş Nazirinin Administrasiyasından APA-nın yerli bürosuna açıqlama verilib. Bildirilib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir: "Gürcüstanın koronavirus təhlükəsi səbəbi ilə Azərbaycanla sərhədlərini bağlaması ilə bağlı xəbərlər doğru deyil, məhdudiyyət sadəcə İranla g...
Cəmiyyət
Qeyri-formal məşğulluğun qarşısının alınmasında müasir texnologiyanın geniş tətbiqi Prezident İlham Əliyevin “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 25 fevral 2020-ci il tarixli Fərmanı ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların g...
İdman
Giqqzin ümumi siyahısında 49 futbolçu yer alıb Uels millisinin baş məşqçisi Rayan Giqqz Avropa çempionatına (Avro-2020) aparacağı təxmini heyəti seçib. BakuCity.az Apasport.az-a istinadən məlumat verir ki, Britaniya mətbuatı 47 yaşlı mütəxəssisin hazırkı duruma əsasən “23-lüy”ü müəyyənləşdirdiyini yazıb. R.Giqqzin ümumi siyahısında 49 futbolçu yer alıb ki, onlardan 23-ü indiki durumda qitə birinciliyinə əsas namizəddir. Həmin “23-lük” demək olar ki, üzdə o...