Bakıda enerji içkilərinin satışına məhdudiyyət qoyuldu

Bakıda enerji içkilərinin satışına məhdudiyyət qoyuldu, Javid

18 yaşına qədər olan gənclərə enerji içkiləri satılmayacaq 

Bakucity.az xəbər verir ki, “Gənclər siyasəti haqqında” qanuna dəyişikliyi nəzərdə tutan qanun layihəsinin ikinci oxunuşu zamanı adıçəkilən qanunvericilik aktına ciddi dəyişiklik edilib.

Birinci oxunuş zamanı qanunun 5.7.1 maddəsində 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədi ilə bir neçə məhdudlaşdırıcı hallar nəzərdə tutulmuşdu.

Belə ki, 18 yaşına qədər olan gənclərə tütün məmulatlarının, spirtli içkilərin satışına icazə verilmirdi.

İkinci oxunuş zamanı isə deputatların təklifi nəzərə alınaraq, bu sıraya alkoqollu energetik içkilərin satışı da əlavə edilib. (Oxu.az)

Bakucity.az

Enerji içkiləri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər