Bakıda “İnkvizisiya-Orta əsr işgəncə alətləri” adlı sərgi açılacaq

Bakıda “İnkvizisiya-Orta əsr işgəncə alətləri” adlı sərgi açılacaq

Sərgi bu ilin avqust ayının sonunadək davam edəcək.

Bakucity.az xəbər verir ki, fevralın 23-də “İçərişəhər” Muzey Mərkəzinin Şirvanşahlar Sarayı Kompleksində “İnkvizisiya-Orta əsr işgəncə alətləri” sərgisi açılacaq. 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, ekspozisiyada kafir və cadugərlərə qarşı Avropada məhkəmə proseslərində qurbanları ağrıtmaq, onlardan məcburən etiraf əldə etmək üçün düşünülmüş 70-ə yaxın qurğu nümayiş olunacaq.

Bu, 500 ilə yaxın mövcud olmuş orta əsr inkvizisiya dövründə çox geniş yayılmış təcrübə olub.

Sərginin məzmunu dramatik və orta əsrlərin sərt həqiqətlərinin təfərrüatı ilə zəngindir. Ekspozisiyanın əsas məramı isə düşünməyə məcbur edir. Təqdim olunan hər bir eksponat yalnız vahimə və qəzəb deyil, mərhəmət və şəfqət hissini də doğurur.

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər