Tədbir BANM-in təşkilati dəstəyi ilə PMI-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub.
Bakucity.az-ın verdiyi məlumata görə, Bakı Ali Neft Məktəbində (BANM) Layihə idarəetmə İnstitutunun (PMI – Project Management Institute) yaradılmasının 50-ci ildönümü münasibəti ilə “Müvafiq layihə idarəetmə metodlarının tətbiqi və onların müasir idarəetmədə rolu” başlıqlı “PMI Azerbaijan 2019” sammiti keçirilib.
Tədbir BANM-in təşkilati dəstəyi ilə PMI-ın Azərbaycandakı nümayəndəliyi – PMI Azerbaijan Chapter (Potential) tərəfindən təşkil olunub. Sammitdə informasiya texnologiyaları, sənaye, tikinti, maliyyə və təhsil sahələrində fəaliyyət göstərən dövlət və aparıcı özəl təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.
Bakucity.az