Bakıda qardaş bacısını bıçaqladı - VİDEO

Bakıda qardaş bacısını bıçaqladı - VİDEO

Bıçaqlanma hadisəsi gecə saatlarında  baş verib.

Bakucity.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Nağıyeva Xatirə Xeyrulla qızı yaşadığı ünvanda qardaşı Nağıyev Orxan Xeyrulla oğlu tərəfindən bıçaqlanıb. 

Yaralı üç bıçaq zərbəsi alıb. X.Nağıyeva Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Ona sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir.

O.Nağıyevin yaxınlarının dediyinə görə o, son bir həftədir səhhətində ciddi problemlər yaşayıb.

Qarabasmalar, qorxu, fərqli davranışlar görsələr də, onunla bağlı aidiyyəti orqana müraciət olunmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Bakucity.az

Bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər