Bakı metrosunda qəfil ölüm hadisəsi baş verdi - FOTO

Bakı metrosunda qəfil ölüm hadisəsi baş verdi - FOTO, Javid

Adamı ölümdən xilas etmək mümkün olmayıb

Bakucity.az xəbər verir ki, bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi yaşanıb.

Nəriman Nərimanov stansiyasında 1961-ci il təvəllüdlü Zaqatala rayon sakini Ömərov Hidayət Şaban oğlu qəfil özünü pis hiss edib. 

Təcili Tibbi Yardım əməkdaşları gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, Hidayət Ömərov ürəktutmadan vəfat edib. 

Qeyd edək ki, H. Ömərovun həyat yoldaşı və bacısı da yanında olub. (Qafqazinfo)

Bakucity.az

Bakı metrosunda qəfil ölüm hadisəsi baş verdi - FOTO, fotoşəkil-1
Bakı metropoliteni
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər