Bakıda daha bir konfrans işə başladı

Bakıda daha bir konfrans işə başladı

Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair konfransı başlayıb

Bakucity.az xəbər verir ki, paytaxtda Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair 2019-cu il sərgi-konfransı keçirilir. Tədbir 2 gün davam edəcək.

Tədbirin açılışında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov şirkətin qazma işləri sahəsində gördüyü işlərdən danışıb. O bildirib ki, 2000-ci ildən bəri SOCAR 2,6 mln. metr qazma işləri həyata keçirib.

Tədbirdə çıxış edən BP-nin Azərbaycan,Türkiyə və Gürcüstan regionunda Quyular üzrə vitse-prezidenti Mayk Zanqi isə Xəzər dənizində həyata keçirilən layihələrdən danışaraq bildirib ki,1995-ci ildən layihələrə 72 mlrd. dollar kapital xərci çəkilib.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 3,5 mlrd.barel neft, "Şahdəniz" qaz-kondensat yatağından 100 mlrd.kubmetr qaz hasil edilib", - o deyib. (Report)

Bakucity.az

Xəzərdə qazma işlərinə dair konfrans
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər