Bakıda "görünməz canavar" iki can aldı

Bakıda "görünməz canavar" iki can aldı, Javid

Nənə və nəvəsi evdə dəm qazından boğulub.

Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Nərimanov rayonu, ev 54, mənzil 52 ünvanında yaşayan, 1951-ci il təvəllüdlü Əliyeva Sevil İsa qızı və nəvəsi, 2008-ci il təvəllüdlü İsmayılov Ülvi Elşad oğlunun meyiti aşkarlanıb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları evə və meyitlərə baxış keçirib. Baxış zamanı meyitlərin üzərində xəsarət izləri aşkarlanmayıb.

Müəyyən edilib ki, həmin şəxslər dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Bakucity.az

Ölüm hadisəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər