Bakıda onlarla insan xəstəliyə yoluxub - Rəsmi açıqlama

Səhiyyə Nazirliyi xaricdən vaksinlər sifariş edib

Bakucity.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva mətbuata açıqlamasında deyib ki, fevral ayına qədər ölkədə 106 nəfər qızılca xəstəliyinə yoluxub.

O qeyd edib ki, bu ay qızılcaya yoluxanların sayında azalma var: “Qızılcaya tutulanların əksəriyyəti yenə də əsasən, 20-40 yaş arasında olan şəxslərdir. Onlar da vaxtilə peyvənd olunmayıblar. Uşaqlar arasında çox az sayda yoluxma faktı qeydə alınıb. Əgər hansısa uşaq peyvənddən kənarda qalıbsa, onlara peyvəndlərin vurulması təmin edilir”.

A.Əliyeva bildirib ki, bu ilin yanvar ayı ərzində 51 nəfərin qızılcaya yoluxması (ötən ilin dekabrında 55) təsdiqlənib: “Ümumilikdə isə fevral ayına qədər 106 yoluxma hadisəsi qeydə alınıb”.

O, həmçinin xatırladıb ki, Səhiyyə Nazirliyi 160 min vaksin alınmasını sifariş verib və həmin peyvəndlərin martın əvvəlində ölkəyə gətirilməsi planlaşdırılır. Həmin peyvəndlərin kimlərə vurulması ilə bağlı müvafiq əmr imzalandıqdan sonra peyvəndləmə işlərinə başlanılacaq. (Report)

Bakucity.az

https://www.bakucity.az/news/2310328/bakida-10-gun-is-olmayacaq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Səhər duman, çiskin olacaq Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 26-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti ola...
Cəmiyyət
Azərbaycan Televiziyası Novruz bayramına həsr olunmuş telelayihə hazırlayır Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd olunur. BakuCity.az xəbər verir ki, bu çərşənbəni “Əzəl çərşənbə”, “Sular Novruzu” da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyu...
Cəmiyyət
"Bu məsələdə ölkələrdən asılı olaraq fərdi yanaşma yoxdur" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) gündəlik Bakı-Dubay-Bakı aviareyslərini həyata keçirən “Fly Dubai” şirkətinin təyyarələrində erməni filmi - “Spitak” nümayiş etdirilir. BakuCity.az-ın məlumatına görə, bu barədə “Report”a Dubaydan Bakıya uçan təyyarənin sərnişinlərindən biri bildirib. Sərnişin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı münaqişənin davam etdiyi şəraitdə belə hala rast...
Hadisələr
Təmirsiz otaqlardan birində yanğın baş verib Bakıda uşaq bağçasının yerləşdiyi binada yanğın olub. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Ayaz İsmayılov küçəsi, 69A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın uşaq bağçası və müxtəlif obyektlərin yerləşdiyi ikinci mərtəbəsindəki təmirsiz otaqlardan birində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmə...
Hadisələr
Gənclər ailələrinin razılığa gəlməməsi səbəbindən evlənə bilməyiblər Bu gün səhər saatlarında Bakı bulvarında dəhşətli hadisə baş verib. BakuCity.az Publika.az-a istinadən xəbər verir ki, Dənizkənarı Milli Park ərazisində Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və 1995-ci il təvəllüdlü Məmmədov Babahüseyn Zöhrab oğlu özünü dənizə atıb. 25 yaşlı oğlanı sudan çıxararaq xilas etmək mümkün olsa da, gənc qız boğularaq ölüb. Hazı...
Cəmiyyət
Alternativ yollardan keçəcəklər Bakıda 7 marşrut xəttinin hərəkəti dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar paytaxtın müəyyən küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından 7 marşrut xəttinin (4, 21, 30, 32, 46, 49 və 175) hərəkət trayektoriyası dəyişdiriləcək. Müntəzəm xətt üzrə avtobuslar digər nəqliyyat vasitələrinin yönlən...
Cəmiyyət
Qaliblər kinoteatrlara bilet qazanacaqlar BakuCity.az bu gündən yeni fotomüsabiqə elan edir. Müsabiqənin mövzusu qarşıdan gələn Novruz bayramıdır. Şərtlərə əsasən, hər kəs Novruz bayramı ilə bağlı ən çox 3 fotonu [email protected] elektron ünvanına göndərməlidir. Hər kəs yalnız müəllifi olduğu fotoları göndərə bilər. Səsvermənin nəticələri martın 16-da açıqlanacaq. Qaliblər (ilk 3 yeri tutanlar) Bakıdakı kinoteatrlara bilet qazanacaqlar. BakuCity.az
Cəmiyyət
"Dedilər, hər evdən 3 manat yığırıq, ver" Dünyanı qorxuya salan koronavirus təhlükəsi artıq ölkəmizə də gəlib çıxıb. Amma bu dəfə virus özü yox, bundan istifadə edən işbazlar peyda olub. BakuCity.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” verilişində koronavirus fırıldaqçıları ilə bağlı süjet yayımlanıb. Belə ki, naməlum şəxs və ya şəxslər şəhərin müxtəlif ünvanlarında qapı-qapı düşərək insanlardan pul tələb edirlər. Bu pul müqabilində onların mənzillərini...
Cəmiyyət
Səfirlik Azərbaycana viza verilməsini dayandırıb İrandan Azərbaycana gəlmək üçün turpaket alan iranlı turistlərin bir qismi səyahət biletlərini ləğv etmək məqsədilə hotellərə müraciət ediblər. BakuCity.az xəbər verir ki, bu barədə İranın "Ulduz" Turizm Şirkətinin rəhbəri Həmid Cahadi "Sputnik Azərbaycan"a bildirib. O deyib ki, turpaket alan iranlı turistlərdən 8-9 ailə hotellərə zəng edərək bronları ləğv etmək istədiklərini bildiriblər: "Onların çoxu 4 uld...