Bakı filarmoniyasında gənc bəstəkarların əsərləri səslənəcək

Bakı filarmoniyasında gənc bəstəkarların əsərləri səslənəcək, Javid

Konserti Simfonik Orkestr müşayiət edəcək

Bakucity.az xəbər verir ki, paytaxtda tanınmış gənc bəstəkarların əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.

Azərbaycan Dövlət Filarmoniyasında reallaşacaq konserti Fuad İbrahimovun dirijorluğu ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Fevralın 22-də təqdim ediləcək konsertdə respublikanın tanınmış istedadlı gənc incəsənət ustaları bir-birindən parlaq ifaları səslənəcək.

Konsert çərçivəsində xalq mahnıları və təsniflərin də ifa olunması nəzərdə tutulur.

Bakucity.az

Azərbaycan Dövlət Filarmoniyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər