Bakıda “Xocalı” tamaşası nümayiş olunacaq

Bakıda “Xocalı” tamaşası nümayiş olunacaq, Javid

“Günay” Uşaq Teatrının hazırladığı tamaşa göstəriləcək

Bakucity.az xəbər verir ki, fevralın 21-də İ.Əbilov adına Mədəniyyət Mərkəzində “Günay” Uşaq Teatrının hazırladığı Xocalı soyqrımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı” tamaşası nümayiş olunacaq.

Tədbir “Günay” Uşaq Teatrı, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialı ilə birgə hazırlanıb.

Tamaşanın müəllifi şair-publisist Zərəngiz Dəmirçi Qayalı, rejissoru, teatrın direktoru və bədii rəhbəri Larisa Tarusova, səhnə tərtibatçısı Günəş Talıblı, ideya müəllifi Aygün Zamanlıdır.

Bakucity.az

“Günay” Uşaq Teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər